Türkiyə hərbçiləri və aviasiya vasitələri Azərbaycandadır - FOTO

21:36 - 2 Sentyabr 2022 - Xəbər

“TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Sentyabrın 5-dən başlayacaq təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetiriləcəkdir.


Xəbər xətti