Türkiyədə bıçaqlanan dünya çempionu Bakıya qayıtdı

23:38 - 20 İyul 2025 - Xəbər

Xəbər verdiyimiz kimi, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada hücuma məruz qalmışdı.

Ucnoqta.az xəbər verir ki, Araz Musayev müalicə aldığı xəstəxanadan buraxılıb və o, Bakıya qayıdıb. Dünya çempionu Bakıya qayıtmağı barədə sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, idmançının bıçaqlanması ilə bağlı beş nəfər saxlanılıb.

Mediada yayılan məlumatlara əsasən, saxlanılan şəxslərdən birinin kikboks üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdur.

Xəbər xətti