Filippinin şimalında, Babuyan arxipelaqı yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 100 mindən çox insanın yaşadığı Laoaq şəhərindən 190 km şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı 40 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.