Putin və Ərdoğan Suriyada vəziyyəti müzakirə ediblər

19:43 - 18 İyul 2025 - DÜNYA

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefonla Suriya da daxil olmaqla Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Ucnoqta.az xəbər verir ki, söhbətin məzmunu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Yaxın Şərqdəki cari hadisələr, o cümlədən Suriyada vəziyyətin gərginləşməsi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb.

Tərəflər Suriyada zorakılığın artması ilə bağlı narahatlıqlarını ifadə ediblər və dialoq yolu ilə ölkədə sabitliyin yaradılmasının vacibliyini vurğulayıblar.

Xəbər xətti