Həmkəndlisini yumruqla öldürən şəxsə hökm oxunub

18:09 - 17 İyul 2025 - Xəbər

Samuxda həmkəndlisini öldürməkdə təqsirləndirilən Ramil Bəşirovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ramil Dadaşov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2023-cü ilin fevralın 20-də Samux rayonunda baş verib. Rayonun Çobanabdallı kəndində 1989-cu il təvəllüdlü Oqtay Əliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı zərərçəkmişin üz nahiyəsinə 1993-cü il təvəllüdlü Ramil Bəşirovun yumruqla vurması nəticəsində yıxılması və hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.///apa

Xəbər xətti