İsrail sülh və sabitlik istəmir - Fidan

11:10 - 17 İyul 2025 - DÜNYA

İsrailin aqressiv hərəkətləri onun sülh və sabitlik istəmədiyini, bölgə üçün təhlükə yaratdığını göstərir.

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT-də deyib.

"İsrailin hücumları regionda etnik qırılma xətlərini dərinləşdirir. Hamımıza aydın olmalıdır ki, İsrail sülh istəmir, sabitliyə ehtiyacı yoxdur. İsrail işğalçılıq strategiyasını təkcə Fələstində deyil, Livan, Suriya və İranda da həyata keçirməyə çalışır”.

O, Fələstin xalqının qanuni hüquqlarının tanınmasının və Yaxın Şərqdə sülhün təmin edilməsi üçün əsas kimi müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini bəyan edib.

"Biz Fələstin dövlətinin beynəlxalq aləmdə tanınması üçün fəaliyyətimizi davam etdirəcəyik", - Türkiyə XİN rəhbəri vurğulayıb.

Xəbər xətti