Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb

19:02 - 16 İyul 2025 - Xəbər

Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artdı, ölkəmiz beynəlxalq reytinqdə 4 pillə irəlilədi.

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın iyun ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində əhəmiyyətli dərəcədə artaraq orta hesabla 81,36 Mbit/s-ə çatıb. Bu, illik sürətin 104% artımı deməkdir. Qeyd edim ki, ötən ilin iyun ayında bu göstərici 39.87 Mbit/s idi.

Bakı şəhəri üzrə isə sürət göstəricisi 91% artaraq 41.17 Mbit/s-dən 78.78 Mbit/s-ə yüksəlib və sıralamada mövqeyini qoruyub. Bütün bunlar onu göstərir ki, Azərbaycanda genişzolaqlı internt sürətinin artmasında regionaların ciddi payı var. Bu da aparılan infrastruktur layihələri o cümlədən, Onlayn Azərbaycan layihəsi ilə bağlıdır. 

Digər ölkələrdə region və şəhərlər arasında fərqin hiss olduğunu müşahidə olunsa da məhz bu layihənin nəticəsi olaraq ölkəmizdə region və mərkəzi şəhərlər arasında “rəqəmsal uçurum”un aradan qaldırıldığını görürük.

Elvin Abbasov

Xəbər xətti