İsrail və Həmas yenilənmiş atəşkəs təklifi alıb

23:04 - 17 İyul 2025 - DÜNYA

Qətər, Misir və ABŞ İsrail və Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında atəşkəs razılaşması və girovların azad edilməsi üçün yenilənmiş təklifi təqdim edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, danışıqlarda vasitəçilər hesab edirlər ki, İsrailin yeni təklifdə əksini tapan güzəştlər tezliklə atəşkəs sazişinin bağlanmasına töhfə verə bilər.

Mənbələr həmçinin iddia edir ki, son 10 gün ərzində İsrail və Həmas Dohadakı məsləhətləşmələr zamanı bəzi fikir ayrılıqlarını aradan qaldıra biliblər.

Xəbər xətti