"Yaxşı yaşamaq istəyirsən? Təhsil al!"
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasına “Yaxşı yaşamaq üçün yaxşı oxu” yazısı olan lövhə gətirib və bunu “Ermənistanda 300 məktəb və 500 uşaq bağçası” proqramının maliyyələşdirilməsinin müzakirəsi zamanı nümayiş etdirib.
Nikol Paşinyan ölkədə yeni tikilən məktəblərin divarlarına belə lövhələrin vurulacağını bildirib.
"Bu yazı həlledici əhəmiyyət kəsb edir, bizim mesajımızı, məktəblilərimizə çatdırmaq istədiyimiz mesajı əks etdirir. Mesaj düzgün, dəqiq və aydındır" - baş nazir qeyd edib.