Rusiya Ordusu son sutkada 1180 itki verib

09:07 - 18 İyul 2025 - DÜNYA

Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində daha 1180 rus işğalçısını məhv edib. Ümumilikdə, tammiqyaslı işğalın əvvəlindən Rusiya Ordusu 1 milyon 39 min 830 hərbçisini itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ötən gün həmçinin, üç tank, doqquz zirehli transportyor və 47 artilleriya sistemi də məhv edilib.

24.02.22-dən 18.07.25-dək düşmənin ümumi döyüş itkiləri (təxminən)

Canlı qüvvə - 1 039 830 (+1 180) nəfər;

tanklar - 11 032 (+3) ədəd;

zirehli döyüş maşınları - 23 005 (+9) ədəd;

artilleriya sistemləri - 30 485 (+47) ədəd;

MLRS - 1,441 (+1) vahid;

hava hücumundan müdafiə sistemləri - 1197 (+0) ədəd;

təyyarə – 421 (+0) ədəd;

helikopterlər – 340 (+0);

Əməliyyat-taktiki səviyyəli PUA-lar – 46549 (+135);

qanadlı raketlər – 3491 (+0);

gəmilər / qayıqlar – 28 (+0);

sualtı qayıqlar – 1 (+0);

avtomobil avadanlığı və tankerlər – 55494 (+111);

xüsusi texnika – 3932 (+0).

Xəbər xətti