İsrail ordusu Qəzzada 2,7 km uzunluqda tuneli partladıb

16:20 - 20 İyul 2025 - DÜNYA

İsrail Müdafiə Qüvvələrinin əsgərləri Qəzza zolağının şimalında 2,7 kilometr uzunluğunda radikal tuneli partladıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Cəbəlya bölgəsində istehkamçılar təxminən 20 metr dərinlikdə ümumi uzunluğu 2,7 kilometr olan yeraltı terror tunelləri şəbəkəsini aşkar edərək məhv ediblər.

Bildirilir ki, Cəbələ bölgəsində İsrail qoşunları quru əməliyyatı genişləndirir. Bu ərazidə yüzlərlə terror obyekti dağıdılıb, çoxlu sayda silah-sursat aşkar edilib, onlarla terrorçu məhv edilib.

Xəbər xətti