Anar Ələkbərovdan Qiyaslı məscidindən PAYLAŞIM

22:06 - 18 İyul 2025 - Xəbər

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidlə bağlı instaqram sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib.

Ucnoqta.az xəbər verir ki, paylaşımda "Ağdam, Qiyaslı məscidi - 18.07.2025" sözləri yer alıb.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib. Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.

Xəbər xətti