Bu marşrut xətti avtobusları yeniləndi

16:32 - 20 İyul 2025 - AVTO

Binəqədi rayonunun Həmzə Babaşov küçəsi ilə Nərimanov rayonunun Vladimir Mayakovski küçəsini birləşdirən 26 nmrəli marşruta 2025-ci il Çin istehsalı olan 5 müasir, komfortlu və iritutumlu avtobus iyulun 20-dən daşımalara cəlb ediləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, yaxın aylarda marşrutdakı digər avtobuslar da yenilənəcək.

Xəbər xətti