Ərdoğan Azərbaycan xalqı və İlham Əliyevə təşəkkür edib

22:09 - 20 İyul 2025 - DÜNYA

"Beynəlxalq ictimaiyyətin reallıqla barışması və Şimali Kipr Türk Cumhuriyyəti ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmasının vaxtıdır. Kipr türklərinə qarşı ədalətsizliyə son qoymağın vaxtıdır"

Ucnoqta.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə “20 İyul Sülh və Azadlıq Günü” ilə əlaqədar rəsmi mərasimdə çıxışı zamanı danışıb.

Türkiyə Prezidenti Azərbaycan xalqı və ölkə başçısı İlham Əliyevə təşəkkür edib. 

“Son olaraq, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatı Zirvəsi zamanı Şimali Kipr Türk Cumhuriyyətinin şanlı bayrağı da digər ölkələrin bayraqları ilə yanaşı dalğalandı. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Can Azərbaycan xalqına Kipr mübarizəmizə verdikləri dəstək üçün bir daha təşəkkür edirəm”, - o bildirib.

Xəbər xətti