"Qarabağ"ın öhdəsindən gələcəyik" - "Viktoriya"nın forvardı
11:11 - 13 Avqust 2022 - İDMAN
Çexiyanın "Viktoriya Plzen" klubunun forvardı Forçun Akpan Bessi UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar haqqında danışıb.
Ucnoqta.Az xəbər verir ki, "Fcviktoria.cz" saytı "Ferentsvaroş"dan icarəyə götürülən 24 yaşlı nigeriyalı hücumçunun dediklərini belə çatdırıb:
"Qarabağ"la bundan öncə də ("Ferenstvaroş"da olarkən) oynamışam. Çətin matç idi, indi də belə olacaq. "Qarabağ" irəlidə iti oynayır və bütün diqqətini rəqibin səhvlərinə cəmləyir. Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik. İnanıram ki, güclü mübarizə aparacağıq və bu komandanın öhdəsindən gələcəyik".
Qeyd edək ki, "Qarabağ" Çexiya təmsilçisinə qarşı ilk oyununu avqustun 17-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 23-də Plzendə keçirəcək.///fanat.az