İnsan eyni anda meymunçiçəyi və koronavirusa yoluxarsa, nə baş verə bilər?

Bu gün ölkədə koronavirus (COVID-19) infeksiyasına yeni yoluxanların sayı 534 nəfərə çatıb. 526 nəfər isə müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən altı nəfəri vəfat edib.

Yenidən yoluxma sayının artması cəmiyyətdə narahatlıq yaratmağa başlayıb. Paralel olaraq meymunçiçəyi də insanları narahat edir.

Hazırda ölkədə meymunçiçəyinə yoluxma aşkarlanmasa da, iki virusun paralel gedişatı ölüm riskini artıra bilərmi?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Nicat Əzimli bildirib ki, eyni zamanda iki fərqli virusa yoluxma hallarına və ya əvvəl birinə yoluxub, daha sonra digərinə yoluxmaya vaxtaşırı insanlar arasında rast gəlinir.

İnfeksionistin sözlərinə görə, elmdə birinciyə koinfeksiya, ikinciyə isə superinfeksiya deyilir:

“Bu halların koronavirus və meymunçiçəyi ilə bağlı baş verməsi halında nə kimi dəyişikliklər olacağı haqda fərziyyələr mövcuddur.

Belə ki, meymunçiçəyi və koronavirusun eyni vaxtda insan orqanizmində olması xəstənin simptomatikasında qarışıqlığa, dolayısıyla da xəstəliyin idarə olunmasında çətinliyə səbəb ola bilər. Əlavə olaraq, bu iki xəstəliyin insanlar arasında eyni vaxtda dövran etməsi aparılan PZR testlərinin doğruluğuna, vaksinasiyaya orqanizmin verdiyi cavaba da mənfi təsir edə bilər.

Ən önəmlisi isə bu cür koinfeksiya və superinfeksiya hallarında iki virusun insan hüceyrələrində qarşılıqlı əlaqəsi yeni variantların ortaya çıxması ehtimalını artırır.

Bu və digər səbəblərlə bağlı olaraq hər iki xəstəliyin artımının qarşısının alınması üçün lazımi səviyyədə mübarizə aparılmalıdır”.

 

Tarix
10 Avqust 2022 [17:47]
Müəllif
Üç nöqtə
2022-08-10 17:47:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin