Füzulidə yol qəzası olub, 4 nəfər xəsarət alıb

10:33 - 23 İyun 2022 - HADİSƏ

Füzulidə baş verən qəzada ata və oğul olmaqla 4 nəfər xəsarət alıb.

APA-nın xəbərinə, hadisə rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil qarşıdan gələn “LADA 2110” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2106” markalı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü Əliyev Əlizadə Novruz oğlu və sərnişini, 1983-cü il təvəllüdlü Vəliyeva Zemfira Akif qızı, həmçinin “LADA” markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Əhmədov Hüseyn Bahadur oğlu və maşında olan atası, 1956-cı il təvəllüdlü Əhmədov Bahadur İslam oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti