Bərdədə yük maşınları yanacaqdoldurma məntəqəsinə çırpılıb – FOTO

Bərdədə “Kamaz” və “HOWO” markalı yük maşınları yanacaqdoldurma məntəqəsinə çırpılıb.

APA xəbər verir ki, hadisə Bərdə-Yevlax magistral yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində baş verib.

Cəfərov Vahid Təhməz oğlu idarə etdiyi KAMAZ markalı yük maşını və İran İslam Respublikasının vətəndaşı Heydərqulu Məhəmmədəhəd Mehdiqulu oğlunun idarə etdiyi “HOVO” markalı yük maşınları yanacaqdoldurma məntəqəsinə çırpılıb.

Yanacaqdoldurma məntəqəsinə ciddi ziyan dəyib. Dərhal hadisə yerinə FHN –nin əməkdaşları cəlb olunub. Hər iki sürücü Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib. Azərbaycanlı sürücü ilkin tibbi yardımdan sonra evə buraxılsa da, iranlı sürücünün müayinəsi davam etdirilir.

Faktla bağlı araşdırma başlanıb. Hadisənin başvermə səbəbi öyrənilir.

Tarix
18 May 2022 [20:11]
Müəllif
Üç nöqtə
2022-05-18 20:11:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin