Tərbiyəçilər bağçalara xüsusi imtahanla işə götürüləcəklər

11:21 - 14 Aprel 2022 - Cəmiyyət

“Bu il bağçalara tərbiyəçilərin imtahanla işə qəbulu nəzərdə tutulur”.

Ucnoqta.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masası"nda deyib.

O bildirib ki, indiyə qədər tərbiyəçilər bağça müdirləri tərəfindən işə qəbul edilirdi, lakin bundan sonra xüsusi imtahanla işə götürüləcəklər:

"Adətən imtahanlar yay mövsümündə keçirilir. Müvafiq ixtisas üzrə imtahanlardan uğurla keçən müəllimlər bağçaların vakant yerlərinə qəbul ediləcək. Bu ildən bunun tətbiqi nəzərdə tutulur ki, şəffaflıq təmin olunsun".

Xəbər xətti