Biabırçı görüntülər yayılan məktəb məlum oldu: Şagirdlər polisə çağırıldı - VİDEO

Ötən gün sosial şəbəkədə şagirdlərin dərs vaxtı qeyri-etik hərəkətlər etməsi ilə bağlı yayılan videonun Bakının Xətai rayonu 165 saylı tam orta məktəbdə çəkildiyi məlum olub.

Ucnoqta.az xəbər verir ki, görüntülərdə müəllimə qarşı hörmətsiz davranışlara yol verən üç nəfər 9-cu sinif şagirdi polis tərəfindən profilaktik uçota götürülüb. Onlar polisə çağırılaraq, izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik edərək ayaqlarını partaların üstünə qaldırması və digər xoşagəlməz hərəkətlərə yol verməsi əks olunan videogörüntü yayılıb. Yayılan görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb. 


​///oxu.az

Tarix
26 Yanvar 2022 [14:35]
Müəllif
Üç nöqtə
2022-01-26 14:35:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin