Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub.
ETSN-in mətbuat katibi İradə İbrahimova Ucnoqta.az-a bildirib ki, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmr imzalayıb:
"Əmrə əsasən, İsrail Əfəndiyev ekologiya və təbii sərvətlər nazirinin müşaviri təyin olunub. O, bu təyinata qədər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini vəzifəsində çalışırdı".