Ana səhifə Mobil versiya
26 Sentyabr 2021

Göyçayda itkin düşən şəxsin meyiti kanalda tapılıb

Göyçay rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

Rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu 2 gün öncə yaşadığı evdən çıxaraq geri qayıtmadığı üçün itkin kimi onun axtarışına başlanılıb.

Məlumata görə, Fuad Mustafayev ev paltarı ilə Qaraman-Göyçay xətti ilə hərəkət edən avtobusa minərək Hacalıkənd kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının yanına gəlib, körpünün üstündə avtobusdan düşərək naməlum istiqamətə gedib. Onun həmin ərazidə intihar etdiyi məlum olub.

Bu gün balıqçılar onun meyitini Yuxarı Şirvan kanalında taparaq ailəsinə təhvil veriblər. O, suda batdığı yerdən 500 metr aralıdan tapılıb. Onun özünə qəsd etməsinin səbəbi hələ ki məlum deyil.

Fuad İsmayılov bir neçə gün öncə ürək nahiyəsindən əməliyyat olunmuşdu.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.///apa

Tarix
14 Sentyabr 2021 [22:54]
Müəllif
Üç nöqtə
2021-09-14 22:54:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin