Bu hesablar Google Play-dən silinəcək

21:00 - 29 İyul 2021 - DİGƏR

  Google şirkəti Google Play platformasının çalışma siyasətində dəyişikliklərin olduğunu elan edib. Söhbət, təkcə köhnəlmiş və dəstəklənməyən tətbiqlərin silinməsindən getmir. Belə ki, şirkət bəzi tərtibatçıların hesablarını da siləcək. Bu yeni qərarın əsas məqsədi isə Google Play platformasının təhlükəsizlik səviyyəsini yüksəltməkdir. Beləliklə Google şirkəti sistem boşluqlarına və heç zaman aradan qaldırılmamış ciddi səhvlərə sahib proqram təminatlarını siləcək.

    Bundan əlavə olaraq şirkət 1 il və daha çox müddət ərzində tərtibatçıların aktiv olmamış istifadəçi hesablarını da siləcək. Google bildirib ki, hackerlər bu cür istifadəçi hesablarından istifadə edərək Google Play platformasına zərərli proqram təminatlarını yükləyə bilərlər. Həmin istifadəçi hesabları iki faktorlu autentifikasiya sistemi vasitəsilə qorunmurlarsa hackerlər bunu rahatlıqla reallaşdıra bilərlər.

    Tətbiqləri və istifadəçi hesabları silinmə siyahısına daxil edilmiş tərtibatçılar özləri üçün yeni hesablar yarada bilərlər. Lakin onlar artıq silinmiş hesabları bərpa edə bilməyəcəklər. 1000-dən çox yüklənməyə sahib və son 90 gün ərzində daxilində alış-verişlərin edildiyi tətbiqlərin aid olduqları hesablar istisna olacaqlar. Google bu yeni qaydaların nə zaman qüvvəyə minəcəkləri barəsində bir məlumat verməyib.///technote

Xəbər xətti