Millimizin futbolçusu Mahir Emreli çıxış etdiyi "Legiya"da ilk rəsmi matçında dubla imza atıb.
O, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində səfərdə "Bude-Qlimt"ə (Norveç) 3:2 hesabı ilə qalib gəldikləri ilk oyunun 41 və 61-ci dəqiqələrində fərqlənib. Mahir ikinci qolu vurduqdan sonra əsgər salamı verib.
24 yaşlı hücumçu start heyətdə meydana daxil olub və 79-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, M.Emreli bundan əvvəl “Legiya”da keçiridiyi yoxlama oyunlarında ümumən 6 qola imza atmışdı.