Ucnoqta.az
www.ucnoqta.az

Mahir Çempionlar Liqasında dubl etdi -<font color=red><b>Video</b></font>

23:18 - 7 İyul 2021 tarixində dərc olunub.

Millimizin futbolçusu Mahir Emreli çıxış etdiyi "Legiya"da ilk rəsmi matçında dubla imza atıb.

O, Çempionlar Liqasının  1-ci təsnifat mərhələsində səfərdə "Bude-Qlimt"ə  (Norveç) 3:2 hesabı ilə qalib gəldikləri ilk oyunun 41 və 61-ci dəqiqələrində fərqlənib. Mahir ikinci qolu vurduqdan sonra əsgər salamı verib.

24 yaşlı hücumçu start heyətdə meydana daxil olub və 79-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, M.Emreli bundan əvvəl “Legiya”da keçiridiyi yoxlama oyunlarında ümumən 6 qola imza atmışdı.

Müəllif: