ABŞ zəruri hallarda strateji ehtiyatındakı neftdən istifadə edəcək

21:08 - 8 Mart 2026 - İQTİSADİYYAT

Vaşinqton administrasiyası İrana qarşı hərbi əməliyyatla əlaqədar zəruri hallarda qlobal bazarlarda qiymətini aşağı salmaq üçün strateji ehtiyatından neft satmağa başlaya bilər.

Ucnoqta.az xəbər verir ki, ABŞ-ın Enerji Naziri Kris Rayt bunu CBS-də açıqlayıb.

O qeyd edib ki, Amerikanın strateji ehtiyatında hələ də 400 milyon bareldən çox neft var. 

Rayt ehtiyata istinadən əlavə edib ki, lazım gələrsə, ondan istifadə etməkdən məmnunuq.

Xəbər xətti