İsfahandakı nüvə obyektinə ciddi ziyan dəyib

20:06 - 8 Mart 2026 - DÜNYA

Şənbə günü ABŞ və İsrailin zərbələri nəticəsində İsfahan əyalətindəki nüvə obyektinə ciddi ziyan dəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, mərkəzə 7 martda raket hücumu edilib və nəticədə ciddi ziyan qeydə alınıb.

İndiyə qədər radiasiya çirklənməsi barədə heç bir məlumat daxil olmayıb.

İsrail və ABŞ əmindirlər ki, İranın nüvə yanacağının əksəriyyəti İsfahandakı yeraltı tunellərdə saxlanılır, qalan ehtiyatlar isə Fordo və Nətənzdəki bunkerlər arasında bölünüb.

Hazırkı münaqişənin ilk günlərində ABŞ və İsrail yenidən İsfahan və Fordodakı yeraltı tunellərin girişlərinə zərbə endiriblər ki, onları bağlasınlar və iranlıların orada saxlanılan materialları çıxarmasının qarşısını alsınlar.

Xəbər xətti