Mahir Emrelidən YENİ XƏBƏR

13:52 - 3 İyul 2021 - İDMAN

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”nın Çempionlar Liqası üçün sifariş vərəqinə daxil edilib.

Apasport.az saytının məlumatına görə, Polşa çempionu qitənin ən nüfuzlu klub turnirində iştirak üçün heyəti UEFA-ya təqdim edib.

Yığmamızın 24 yaşlı hücumçusu da I təsnifat mərhələsinin heyətində yer alıb. O, Norveç təmsilçisi “Bodo Qlimt”lə matçlara 11 nömrəli forma ilə sifariş olunub.

“Legiya” bu qarşılaşmalara 5 forvarda güvənəcək. İyulun 7-də və 14-dəki görüşlərdə heyətə düşmək üçün Mahiri Tomaş Pekhart, Ernest Muçi, Rafael Lopes və Luquinhas ilə rəqabət gözləyir.

Xəbər xətti