Ucnoqta.az
www.ucnoqta.az

Mahir Emrelidən <font color=red><b>YENİ XƏBƏR</b></font>

13:52 - 3 İyul 2021 tarixində dərc olunub.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”nın Çempionlar Liqası üçün sifariş vərəqinə daxil edilib.

Apasport.az saytının məlumatına görə, Polşa çempionu qitənin ən nüfuzlu klub turnirində iştirak üçün heyəti UEFA-ya təqdim edib.

Yığmamızın 24 yaşlı hücumçusu da I təsnifat mərhələsinin heyətində yer alıb. O, Norveç təmsilçisi “Bodo Qlimt”lə matçlara 11 nömrəli forma ilə sifariş olunub.

“Legiya” bu qarşılaşmalara 5 forvarda güvənəcək. İyulun 7-də və 14-dəki görüşlərdə heyətə düşmək üçün Mahiri Tomaş Pekhart, Ernest Muçi, Rafael Lopes və Luquinhas ilə rəqabət gözləyir.

Müəllif: