İsrailin yeni prezidenti seçildi

İsrailin altıncı Prezidenti Çaim Hersoqun oğlu, “Yəhudi Agentliyi”nin sədri İshaq Hersoq ölkənin yeni dövlət başçısı seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin “Qaley Tsaxal” dövlət hərbi radiostansiyası məlumat verib.

Məlumata görə, parlamentdə gizli formatda keçirilən seçkilərdə 60 yaşlı Hersoq 87 millət vəkilinin səsini toplayaraq 26 səs yığan digər namizəd Miryam Peresə qalib gəlib.

“İshaq Hersoqu dövlət başçısı seçilməsi münasibətilə təbrik edirəm və bütün İsrail vətəndaşları adından ona böyük uğurlar diləyirəm”,- deyə İsrailin Baş naziri Binyamin Netanyahu öz tvitter hesabında yazıb.

Tarix
2 İyun 2021 [14:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-02 14:55:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin