Şagirdlər kampaniyaya başladı: Böyük summativ qiymətləndirmə ləğv edilsin - VİDEO

23:51 - 14 May 2021 - Cəmiyyət

Şagirdlər yarımilin sonunda böyük summativ qiymətləndirmənin əyani keçiriləcəyindən  narazıdırlar.

Bildirilər ki, pandemiya dövründə  dərslərin onlayn keçirilməsi fənlərin mənimsənilməsində çətinlik yaradıb. Bu da əyani keçiriləcək qiymətləndirmənin nəticələrinə mənfi təsir edir.

Bir qrup şagird tvitter sosial şəbəkəsində "bsq ləğv olunsun" həştəqi ilə  kampaniyaya da başlayıblar.

Təhsil eksperti Kamran Əsədov deyir ki, şagirdlərin pandemiya dövründə dərslərin mənimsənilməsilə bağlı narahatlıqları  başadüşüləndir.
Qeyd edək ki, II-IX siniflərdə yarımilin sonunda bütün fənlər üzrə summativ qiymətləndirmə əyani, X və XI siniflərdə isə distant formada aparılacaq.


///xezerxeber

Xəbər xətti