Bu gün “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevə ağır itki üz verib. Baş redaktorun anası vəfat edib. Bahəddin Həziyev anasının vəfat etdiyi barədə sosial şəbəkədə yazıb:
“Səhərin açılmasını gözləyirdim ki, təbrik edim. Hədiyyəsi də hazır idi. Ancaq onun üçün bu səhər açılmadı. Anam rəhmətə getdi”.
Allah rəhmət eləsin!