Bakıda mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edilib

16:56 - 8 Mart 2017 - Xəbər

Bakıda  martın 6-da mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Sabirabad şəhər sakini Nadir Kərimovun paytaxt ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış keçirilib. Orada müvafiq sənədləri olmayan, mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edilib.
Götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təhvil verilib.

Xəbər xətti