Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz Vito” markalı nəqliyyat vasitəsi Tovuz rayonu ərazisində saxlanılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsində avtomobilə baxış keçirilib, nəqliyyat vasitəsindən Azərbaycanın aksiz markası ilə markalanmamış 406 ədəd spirtli içkilər aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.