Paytaxtda daha bir marşrut xəttinin hərəkət istiqaməti müvəqqəti dəyişdirilir

11:30 - 14 Yanvar 2017 - Xəbər

 Cari il yanvarın 16-dan Nəriman Nərimanov prospektində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Bakı Nəqliyyat Agentliyindən "Report"a verilən məlumata görə, bu səbəbdən həmin prospektdən keçən 37 saylı marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.Belə ki, təmirdən əvvəl Nərman Nərimanov prospekti ilə hərəkət edən 37 nömrəli marşrut xətt avtobusları təmir işləri yekunlaşana qədər müvəqqəti olaraq İnşaatçılar prospekti - Landau küçəsi - Hüseyn Cavid prospekti - Landau küçəsi - Qurban Xəlilov küçəsi ilə keçməklə hərəkət edəcəklər.

Xəbər xətti