Ötən bir il ərzində Cənubi Koreyaya 1,4 min şimali koreyalı qaçıb. TASS xəbər verir ki, bu haqda Cənubi Koreyanın Birləşmə Nazirliyi məlumat yayıb.
İnformasiyaya əsasən, 2016-cı il ərzində Şimali Koreyadan Cənubi Koreyaya 1414 şimali koreyalı sığınıb: “Bu, 2015-ci illə müqayisədə 11 faiz çoxdur. Ötən ilin sonuna olan məlumata görə, Cənubi Koreyada 30,2 min şimali koreyalı yaşayır”.