DİN Bakıda 5 kamerunlunun ölümü ilə bağlı məlumat yayıb

14:30 - 3 Yanvar 2017 - Xəbər

Daxili İşlər Nazirliyi (DİN) Bakıda beş Kamerun vətəndaşının ölümü ilə bağlı məlumat yayıb.DİN-dən verilən məlumata görə, yanvarın 1-də Kamerun vətəndaşı Njonjoh Hans Ekumun Yasamal rayonu ərazisində kirayə yaşadığı evdə onun və həmyerliləri Nzemele Esambe Linus, Senan Hke, Takem Paul Atah və Nikvanti Nombe Levisevin üzərilərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb. Onların dəm qazından zəhərlənərək ölmələri ehtimal olunur.

Araşdırmalar zamanı evin hamam otağında olan su qızdırıcı qurğunun yanaraq yararsız hala düşməsi müəyyən edilmişdir.

Araşdırma aparılır.

Xəbər xətti