Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ankaradakı səfirinin qətlə yetirilməsini ikitərəfli münasibətlərə yönəlmiş təxribat adlandırıb. Türkiyə prezidenti bunu bazar ertəsi TRT telekanalının efirində bildirib.
O qeyd edib ki, "Türkiyə və Rusiya baş verən hadisənin araşdırılması üçün birgə istintaq komissiyası yaradacaq".