Daha 3 məktəb direktoru işdən çıxarıldı

09:50 - 23 May 2025 - Xəbər

Paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Bu barədə Ucnoqta.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Hər üç ümumi təhsil məktəbinin normal fəaliyyətinin təmin olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.

Qeyd edək ki, təhsil müəssisələrində monitorinqlər davamlı və ardıcıl olaraq həyata keçirilir.

Xəbər xətti