"24 may səhər saatlarından etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq".
Bu barədə Ucnoqta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
"Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.