ABŞ Çinlə ticarət münaqişəsi fonunda Malayziya yarımkeçiricilərinə tariflər tətbiq edə bilər.
Ucnoqta.az xəbər verir ki, bunu Malayziyanın investisiya, ticarət və sənaye naziri Tengku Zafrul Əziz “Financial Times” qəzetinə müsahibəsində deyib.
Nazir bildirib ki, çipslər Malayziyanın ABŞ-a ixracının 60%-dən çoxunu təşkil edir və Vaşinqtondan gələn hər hansı məhdudiyyət geniş ziyan vura bilər. Qəzet həmçinin qeyd edir ki, bu cür rüsumlar Cənub-Şərqi Asiya ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərə bilər.
Eyni zamanda, ABŞ və Çin arasında artan ticarət qarşıdurması fonunda region ölkələri hər iki tərəfin təzyiqi altındadır. Nazir əlavə edib ki, Pekin və Vaşinqton arasında ticarət qarşıdurmasında neytral qalmaq getdikcə çətinləşir.