Qazaxıstanın Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırma ikinci mərhələdədir, ekspertlər toplanmış materialları öyrənirlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
"Ümumiyyətlə, araşdırma bir neçə mərhələyə bölünür. Birinci mərhələ müvafiq materialların toplanmasıdır. Bu mərhələ başa çatıb, hazırda ikinci mərhələ toplanmış materialların tədqiqidir. Hazırda araşdırma mərhələsindəyik" - o, deyib.