Rusiya və Ukrayna arasında birbaşa danışıqların ikinci raundu gələn həftə baş tuta bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi Aİ ölkələrinin diplomatlarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, hazırda danışıqlar üçün potensial məkan kimi Vatikanın rolu müzakirə olunur. Eyni zamanda, nümayəndə heyətləri arasında görüşün yeri ilə bağlı hələ dəqiq razılaşma yoxdur.
ABŞ nümayəndələri Rusiya Federasiyası ilə danışıqların növbəti mərhələsinə hazırlıqla bağlı Ukrayna tərəfi ilə əlaqə saxlayırlar.
Bloomberg-in məlumatına görə, Rusiya danışıqların davam etdirilməsi üçün ən yaxşı variant kimi İstanbulu nəzərdən keçirir.