Şirvan sakini ehtiyatsızlıqdan iki yaşlı övladını avtomobillə vurub.
Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhəri Vidadi küçəsində qeydə alınıb. Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.
Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirilib.