Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə noyabrın 1-də Moskvaya işgüzar səfər edəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb. İnformasiyaya görə, danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.