Oxot dənizində, Saxalin vilayətində 5 bal gücündə zəlzələ olub. "Report" xəbər verir ki, bu barədə "İnterfax" agentliyi Rusiyanın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar İturup adasından 85 kilometr cənub-qərdbdə, 120 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ yaşayış məntəqələrində hiss edilməyib. Sunami təhlükəsi elan olunmayıb.