ABŞ-da zəlzələ baş verib. "İnterfax" xəbər verir ki, 5,7 ballıq yeraltı təkanlar Berinq dənizində, Alyaska ştatının Aleut adasında qeydə alınıb.
Geofizika Xiodmətinin Altay-Sayan filialının məlumatına görə, zəlzələnin episentri adanın şərqindəki Fols-Pass qəsəbəsinin 60 kilometr şimal-qərbində yerləşib.
Zəlzələ güclü qiymətləndirilir.
Dağıntı və tələfat barəsində məlumat verilmir.