Oktyabrın 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.
Havanın temperaturu yarımadada gecə 5-7° isti, gündüz 9-12°, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.