BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Trend-in məlumatına görə, bunu BMT-nin Bakıdakı Rezident Əlaqələndiricisi Qulam M.İshaqzai jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, BMT münaqişənin nizamlanmasında ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir və ümid edir ki, münaqişə sülh yolu ilə həll olunacaq.