Naxçıvanda Ermənistan ordusuna məxsus pilotsuz uçan aparat məhv edilib. "Report" Naxçıvan Televiziyasına istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri avqustun 26-da növbəti dəfə Muxtar Respublika tərəfdən Azərbaycanın hava məkanını pozmağa cəhd edib.
Ərazidə döyüş növbətçiliyi aparan atəş vasitələri tərəfindən Ermənistan ordusuna məxsus pilotsuz uçan aparat məhv edilib.